Prezidentdən daha bir nazirə yüksək- Mükafat

30 İyun 2015 10:15 (UTC+04:00)
Prezident İlham Əliyev bu gün "Bulvar" otelində "Bakı-2015"in başa çatması ilə bağlı keçirilən mərasimdə iştirak edib.  Movqe.az-ın məlumatına görə, prezident I Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə görə idmançıları, onların hakimlərini və bir neçə yüksək vəzifəli şəxsi təltif edib. Onların içində Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti, vergilər naziri Fazil Məmmədov da var. İlham Əliyev Fazil Məmmədovu "Şöhrət" ordeni ilə təltif edib.