Saxta iş elanları

13 Aprel 2012 20:36 (UTC+04:00)
Metro stansiyalarında qeyri-qanuni iş elanları yerləşdirənlərə qarşı maarifləndirici plakatlar vurulub. Uzun müddətdir metrolarda yalan vədlərlə iş yeri təklif edən qeyri-qanuni elan vurulmasına qarşı Metropoliten rəhbərliyinin hansı addım atacağı gözlənilirdi. Nəhayət ki, bu istiqamətdə sərt tədbirlər görülməyə başlayıb. Belə ki, gündəlik istifadə etdiyimiz nəqliyyat vasitəsi olan metroda gözümüzə yeni plakat dəydi. Həmin plakatda insanlara qeyri-qanuni, yalan vədlərlə insanları aldadan, guya ki, yüksək maaş verəcəyi ilə onları aldadan iş elanlarına inanmamağı tövsiyə olunur. Metropoliten rəhbərliyi həmçinin metroda belə elanları vuranları görən zaman dərhal rəhbərliyə və orada xidmət aparan polislərə məlumat verilməsinin lazım olduğunu da bildirib.