Məktəbdə şagirdi ilə öpüşdüyü iddia edilən müəllimə direktordan yeni-TƏKLİF
3 İyul 2015 16:08 (UTC+04:00)
Bakının Nərimanov rayonunda
yerləşən 45 nömrəli məktəbdə şagirdi ilə öpüşdüyü iddia olunan
müəllim məktəb tərəfindən işə geri çağrılıb. "Təmiz
Dünya"İctimai Birliyinin sədri Mehriban Zeynalovanın Movqe.az-a
verdiyi xəbərə görə, sinif otağında şagirdi
ilə videosu olduğu iddia edilən məktəbin ingilis dili müəlliməsi
Ziyafət Nəbiyevaya məktəbin direktor müavini zəng edərək bildiirib
ki, o işdən çıxarılmayıb, məzuniyyətə göndərilib. Müəlliməyə işə
qayıtmalı olduğu bildirilib: "Eyni zamanda deyiblər ki, fakt
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılır. Biz
hazırda məhkəməyə məsələ ilə bağlı sənədləri
hazırlayırıq".
M. Zeynalova bu cür faktların
araşdırılmalı olduğunu söyləyib: "Bu sıradan bir ittiham deyil.
Məktəblə, təhsil sistemi ilə eynicinslilər sözünün bir arada
hallandırılmasının çox pis sonluğu ola bilər. Valideynlər
uşaqlarını, xüsusilə qızları təhsildən uzaqlaşdıra bilərlər. Ona
görə də, bu məsələnin böhtan olub-olmadığı araşdırılmalıdır. Biz
Təhsil Nazirliyinə də məktub yollamışıq. Hələki cavabını
gözləyirik".
Qeyd edək ki, həmin məktəbin 11-ci sinif şagirdi Məmmədova Nəzrinin (ad,soyad
şərtidi) sözlərinə görə sinif otağında ingilis dili müəlliməsi ilə
onun gizli çəkilmiş videosu təqdim olunub. Şagirdin sözlərinə görə
məktəbin ingilis dili müəlliməsi ilə aralarında şagird müəllimə
münasibəti olub. Məktəb direktorunun dediyinə görə, valideyinlərdən
biri sinif otağına kamera quraşdırıb və onların görüntüsünü qeydə
alıb. Video
görüntülərdə məktəbin şagirdi sinifə daxil olaraq, müəllimənin
üzündən öpməsi əks olunub. Sonra digər şagirdlər otağa daxil
olublar. Məktəblinin sözlərinə görə, onlara maraqlı olan məsələ
odur ki, video qışda çəkilibsə, niyə bu gün yayılıb bu kadrlar.
Şagirdin iddiasına görə qeyd olunan videoda hansısa tərbiyəsiz
görüntü yoxdur. Onlar bunu qəsdən ediblər ki, müəlliməni işdən
çıxarsınlar.