Bu günə gözlənilən hava şəraiti
20 Sentyabr 2012 11:13 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin
məlumatına görə Bakıda və Abşeron yarımadasında sentyabrın
20-dəhava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi
gözlənilir. Şimal küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 17-21, gündüz 26-31 dərəcə isti olacağı
gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə isə sentyabrın 20-dəhava
şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam Böyük
Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli
yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 16-21, gündüz 28-33, dağlarda gecə
9-14, gündüz 18-23 dərəcə isti olacaq.
Yay günlərini xatırladan və insanlara xoş gələn mülayim, sakit hava
şəraitinin sentyabrın 22-dək davam edəcəyi gözlənilir.