Azərbaycanın və SSRİ-nin xalq artisti Fidan Qasımova Böyük Britaniyanın Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçısı adına layiq görülərək xüsusi diplomla mükafatlandırılıb.
Movqe.az xəbər verir ki, Fidan Qasımova Azərbaycanın
musiqi mədəniyyətində bu ali mükafata layiq görülən yeganə
ifaçıdır. Kembric Universiteti hər il dünyada araşdırma apararaq
yüksək peşəkarlığı ilə seçilən şəxsləri mükafatlandırır. Bu il bu
yüksək ada məhz Azərbaycanın şöhrətli opera müğənnisi Fidan
Qasımova layiq görülüb. Yüksək xidmətlərinə görə onun adı musiqi
mədəniyyəti ensiklopediyasında həmişə yaşayacaq.