“28 May”-dan Dəmiryolu vağzalının platformasına birbaşa çıxış inşa olunur

6 İyul 2015 16:10 (UTC+04:00)

Movqe.az-ın xəbərinə görə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AZƏRTAC–a bildirib ki, dəmir yolunun Bakı sərnişin stansiyasında yenidənqurma işləri davam etdirilir. O, qeyd edib ki, sərnişinlərin rahatlığımı təmin etmək məqsədi ilə "28 May" metro stansiyasından tunel vasitəsi ilə birbaşa Bakı sərnişin stansiyasına çıxış açılacaq.


Yeni çıxışda metro turniketlərinin quraşdırılması da nəzərdə tutulur.