ATƏT-in Minsk qrupunun həmsədrləri Vaşinqtona səfər edib

6 İyul 2015 19:30 (UTC+04:00)

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri Vaşinqtonda səfər edib. Movqe.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində yazıb.

Vasitəçilər Vaşinqtonda Dövlət Departamenti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bir sıra görüşlər keçirəcək və müzakirələr aparacaqlar.