Ölən əri atası çıxdı

20 Sentyabr 2012 18:31 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-da yaşayan Valerie Spruill, həyat yoldaşının ölümündən sonra etdirdiyi DNT testiylə həyatını alt-üst edən gerçəyi öyrənib. Əri sandığı Persi Spruill əslində onun heç tanımadığı atası imiş.

ABŞ-ın Ohayo əyalətində yaşayan Valerie Spruill ana və atasını heç tanımadan nənəsi tərəfindən böyüdülüb. İllər sonra ortaya çıxan əmisi Spruillin evləndiyi Persi Spruillin əslində atası olduğu gerçəyini açıqlayıb.

Həyatını alt-üst edən sirri öyrəndikdən sonra psixoloqların qapısını döyən Spruill hekayəsini, "parçalanmış ailələrin uşaqlarına ibrət olması üçün" bir jurnalla paylaşıb.

"BABAMI ATAM SANIRDIM"

3 aylıq olduğu vaxt anası tərəfindən nənəsinin yanına buraxılan Spruill həyatı boyunca ana və atasını heç tanımayıb.

Həyat qadını olan anasını bir ailə dostu olaraq bilən Spruill, illər boyu babasının atası olduğunu sanıb.

Anasının ölümünün ardınca gerçəkdə anasının kim olduğunu öyrənən Spruill hekayəsinin geri qalanını "Acron Beacon" qəzetinə izah edib.