Azərbaycan İsraildə neft yataqlarında qazma işləri aparacaq
20 Sentyabr 2012 18:57 (UTC+04:00)
Azərbaycan Dövlət Neft Şirkəti
(ARDNŞ) bu il oktyabr ayının sonunda İsraildəki neft yataqlarında
qazma işlərinə başlayacaq.
Bu barədə "APA-ECONOMICS"ə
ARDNŞ-dakı mənbələrdən məlumat verilib.
Bildirilib ki, İsrailin "Şemen" yatağında aparılacaq işlərlə bağlı
bütün hazırlıqlar başa çatıb. Danışıqların nəticəsi olaraq ARDNŞ bu
layihədə operator kimi çıxış edəcək. Qazma işlərini və digər işləri
həyata keçirmək üçün İsrail hökumətindən müvafiq lisenziyalar da
alınıb.