Azərbaycanda anemiya diaqnozu qoyulan uşaqların sayı artır
7 İyul 2015 17:40 (UTC+04:00)
Dövlət Statistika Komitəsindən Movqe.az-a verilən
məlumata görə, 2013-cü ildə 20 302 uşağa ilk dəfə anemiya diaqnozu
qoyularaq qeydiyyata götürülüb. 2014-cü ildə isə belə uşaqların
sayı 24 769-a yüksəlib.
Ölkədə yod çatışmazlığı diaqnozu ilə qeydə alınan
uşaqların da sayında artım qeydə alınıb. 2013-cü ildə 176, 2014-cü
ildə isə 409 uşağa ilk dəfə yod çatışmazlığı diaqnozu
qoyulub.
Ümumilikdə ötən il 731 (2013-cü ildə 733 uşaq)
uşağa ilk dəfə boyatmanın ləngiməsi və zəiflik diaqnozu
qoyulub.