ABŞ Əfqanıstandan 33 min hərbçisini çıxarıb

21 Sentyabr 2012 11:32 (UTC+04:00)

2009-cu ildə ABŞ-ın Əfqanıstana yeritdiyi 33 minlik əlavə ordu bu ölkəni tərk edib. Bu proses bir neçə aya gerçəkləşdirilib.

Lent.az-ın "Associated Press"-ə istinadən məlumatına görə, hazırda Əfqanıstanda 68 min amerikalı hərbçi var. Qalan hərbçilərin 2014-cü ildə NATO-çularla birlikdə ölkədən çıxarılacağı planlaşdırılıb.
Bununla belə son zamanlar NATO-çulara hücumlar onların Əfqanıstandan çıxarılmasını yubada bilər.
Mənbənin bildirdiyinə əsasən, 2012-ci ildə alyansını 250 hərbçisi öldürülüb.