Qardaş qardaşı bıçaqladı

9 İyul 2015 12:00 (UTC+04:00)

Lənkəranda bıçaqlanma hadisəsi baş verib. Yerli hüquq-mühafizə orqanlarından APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə rayonun Təngivan kəndində qeydə alınıb. Kənd sakini Hümmət Şahan oğlu Əliyev şəxsi münasibətlər zəminində onunla qonşuluqda yaşayan qardaşı Habil Əliyevə bıçaqla xəsarətlər yetirib.

 

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  Müvafiq tibbi yardımdan sonra onun vəziyyətinin hazırda stabil olduğu bildirilir.

 

Hadisəni törədən Hümmət Əliyev polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.