Avropa qrupu Yunanıstandan yeni təkliflər alıb

10 İyul 2015 10:20 (UTC+04:00)

Avropa qrupunun rəhbəri Yerun Deysselblum Avropa sabitlik mexanizminin (ASM) kreditləri müqabilində islahatlar proqramı üzrə Yunanıstanın yeni təkliflərini alıb.

Movqe.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Avropa qrupu rəhbərinin mətbuat katibi Mixel Reyens məlumat verib.

"Avropa qrupunun prezidenti Yunanıstandan yeni təkliflər alıb", - deyə o öz Twitter mikrobloqunda yazıb.

Yunanıstan beynəlxalq kreditorlar ilə mürəkkəb və uzunsürən danışıqlar aparır. Avrozona ölkələri Yunanıstandan cümə günü səhərədək xarici maliyyələşmə müqabilində yeni islahatlar planı təqdim etməyi tələb ediblər. Sazişin əldə olunması üçün son vaxt həftə sonu müəyyən edilib.