"WizzAir"in Bakıya reysləri bərpa ediləcək

10 İyul 2015 21:30 (UTC+04:00)

Movqe.az-ın  məlumatına əsasən, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.


Onun sözlərinə görə, bu istiqamətdə proses gedir: "Aviaşirkətin reysləri tezliklə bərpa ediləcək. Bundan başqa, "Qatar Airways" şirkəti Azərbaycana reyslər həyata keçirir, "Fly Emirates" şirkəti ilə müqavilə imzalanıb, o, BƏƏ-yə uçuşlar həyata keçirəcək".