Türkiyədə avtomobillərin park edilməsinə görə ödəniş ləğv olunacaq

11 İyul 2015 22:00 (UTC+04:00)

Türkiyədə avtomobillərin yol kənarında park edilməsinə görə ödəniş ləğv olunacaq. Bu barədə Movqe.Az Türkiyənin Milliyet qəzetinə istinadən məlumat verir.


Qəzetin məlumatına əsasən bu barədə bu gün ölkənin baş naziri Əhməd Davudoğlu təlimat verib.


Məlumatda o da qeyd olunur ki , bu qərar bir müddət bundan əvvəl Ankarada avtomobilin park edilməsi üstündə yaşanan qanlı toqquşmadan sonra gündəmə gəlib.


Yol kənarında avtomobillərin pulsuz park edilməsi 15 iyuldan etibarən qüvvəyə minəcək.