SOCAR Bakıda yeni yanacaqdoldurma məntəqəsi tikir

12 İyul 2015 22:30 (UTC+04:00)

Bunu Movqe.az-a SOCAR-dakı mənbə deyib.


Onun sözlərinə əsasən, SOCAR brendi altında yeni YDM Dərnəgül şosesində yerləşəcək.


Məndə bildirib: "YDM-nin yerləşəcəyi sahəni seçmişik, hazırlamışıq və artıq tikintiyə başlamışıq. Daha bir YDM gələcəkdə Nobel prospektində tikiləcək, orada sahənin tikintiyə hazırlanması üzrə işlər gedir".


Hazırda ölkədə SOCAR-ın 16 YDM-si fəaliyyət göstərir.