Gilasın faydaları

13 İyul 2015 18:50 (UTC+04:00)

Gilas varikoz genişlənmənin qarşısını alır və anemiyadan qoruyur.Diyetoloqlar iddia edirlər ki, gilas insan orqanizminə ürək-damar xəstəliklərinin dərmanı kimi təsir edir, eləcə də damarları təmizləyir.


Movqe.az xəbər verir ki, həkimlər bütün yaş təbəqələrindəki insanlar üçün gilasın xeyirli olduğunu bildirib. Gilasların tərkibində qlükoza və pektin var. Bu da orqanizmdən xolesterini çıxarmağa kömək edir. Gilas əsasən qanazlığı (anemiyadan) və damarların varikoz genişlənməsindən əzab çəkən xəstələr üçün daha xeyirlidir. Çünki onların köməyi ilə orqanizmdə olan artıq maye çıxarılır və damarların divarları bərkiyir.


Müxtəlif növ xəstəliklərdə gilaslarla düzgün qidalanma qaydaları açıqlanıb:


1. Şəkər xəstəliyindən əziyyət çəkən insanlar sarı giləmeyvələrdən uzaq olmalıdırlar. Çünki bu giləmeyvələrdə qlükoza daha çoxdur.


2. Allergik xəstələr isə qırmızı giləmeyvələrdən istifadə etməməlidirlər.


3. Giləmeyvələr əsasən yeməkdən sonra yeyilməlidir.


4. Həddən artıq yemək isə meteorizm və spazmalara səbəb olur.