Norveçdə ilk dəfə olaraq müsəlman qadın nazir oldu

22 Sentyabr 2012 12:25 (UTC+04:00)
Norveçin baş naziri Yens Stoltenberq hökumətdə dəyişikliklər edəcəyini bildirib.O, bu yöndə ilk addımını da atıb.Baş nazir 29 yaşlı müsəlman Hədiyyə Tayiki Norveçin mədəniyyət naziri təyin edib. Hədiyyə ölkə tarixində ən gənc, həm də ilk müsəlman nazirdir. Hökumətin bu yeni üzvü artıq öz proqramını da açıqlayıb. O, bildirib ki, çoxmədəniyyətlilik Norveçin gündəlik həyatının ayrılmaz hissəsi olaraq, qalmalıdır. Hədiyyə xanım milli azlıqların da Norveç cəmiyyətinə inteqrasiyasına çalışacağını bildirib. Bundan ötrü onların bir sıra sosial problemlərinin həlli istiqamətində fəaliyyət göstərəcəyini deyib.
Onun sözlərinə görə, mühacirlərin bir çoxu ölkənin həyatında fəal iştirak edə bilmir, elə bu üzdən də onlar işləmir və yaxşı təhsil almır.
Hədiyyə Tayik Pakistandan çıxan ailədə anadan olub. O, bir müddət Norveç KİV-də çalışıb. Sonra isə Əmək Nazirliyinə sosial məsələlər üzrə müşavir vəzifəsində işləyib.