Niyyət oxuma artıq realdır?
13 Aprel 2012 16:04 (UTC+04:00)
Mövqe.az xəbər verir ki , "Brain Chess" bildiyimiz şahmat oyunu
deyil. Beləki oyunçular hərəkətsiz bir şəkildə oturur və daşlar
sanki sehrli bir şəkildə həmlə edir.
Bunun açıqlaması belədir ki, beyindən göndərilən əmrlərlə həmlələr
edilir. Bunun sirri də geyilən başlıqdan asılıdır. Oyunçu
elektroensefalografik bir başlıq geyir. Elektrodlar beyin
hərəkətlərini ölçür və hara nə hücum etmək istədiyini təsbit edir.
Mövzu daxil edildikdə proqram o adamın beyninə xas həmlələri
tanımağa çalışır.
Belə bir texnologiyanın hədəf sahəsi yalnız oyunlar deyil. Tibbdə
də buna ehtiyac var. Beləki hərəkət qabiliyyəti məhdud xəstələrin
müalicəsində istifadə oluna bilər.
Layihə üzərində çalışan Berlin Texnologiya İnstitutu
tədqiqatçılarından biri olan Maykl Tangermana görə bu istifadə üçün
hələ zamana ehtiyac var: "Burada gördüyümüz beyin prosessoru ara
üzü, kompüterlə beyin arasında bir bağ təşkil edir. Oyunçunun
niyyətini həyata keçirir. Oyunçuya yalnız hansı daşla hansı həmləni
edəcəyini düşünmək lazımdır. Kompüter bunu qəbul edir. Beləcə
əllərinizi istifadə etmədən şahmat oynaya bilirsiniz.
Hədəfimiz hərəkət əzələlərində problemi olan xəstələrə kömək
etməkdir. Onların böyük bir qismi bizim qədər şüura sahibdirlər
lakin ünsiyyət qurmaqda çətinlik çəkirlər. Biz də onlara nəyə sahib
olduqlarını göstərmə imkanı yaratmaq istəyirik."
Tangermana görə beyin qəbul edici kompüter texnologiyası ancaq bəzi
əhəmiyyətli əlavələr edildikdən sonra istifadəyə yararlı ola
biləcək.
Əfqanə Məzahhirqızı