Vyanada İranın nüvə proqramı üzrə həlledici iclas nəticəsiz başa çatıb

14 İyul 2015 11:25 (UTC+04:00)

Tehranın nüvə fəaliyyətinin hərbi yönümlü məsələlərini həll etməli olduğu qərara alınıb

Vyanada "Altılıq ölkələri"nin xarici işlər nazirlərinin iclası başa çatıb.

Movqe.az "Reuters"ə istinadən xəbər verir ki, iclas zamanı qərara alınıb ki, İran sanksiyaların aradan qaldırılması üçün nüvə fəaliyyətinin hərbi yönümlü məsələlərini nizama salmalıdır.

Nüvə Enerjisi üzrə Beynəlxalq Agentlik (NEBA) ölkə nümayəndələri ilə 2015-ci ilin sonunadək bu məsələlərin nizamlanması haqqında saziş bağlayıb.

Həmçinin xəbər verilir ki, bu razılaşmaya görə, NEBA nümayəndələri İranın Parçin hərbi obyektinə bir dəfə səfər edəcəklər. Saziş layihəsinə müvafiq olaraq, İran BMT nümayəndələrinin şübhə yaradan obyektlərə baş çəkmələrini təmin etməlidir.