Prezident FIFA U-17 qadınlararası dünya çempionatının açılış mərasimində iştirak edib
23 Sentyabr 2012 12:11 (UTC+04:00)
Sentyabrın 22-də Bakıdakı Tofiq Bəhramov adına Respublika
stadionunda futbol üzrə "FİFA U-17 qadınlararası dünya çempionatı
Azərbaycan–2012"nin təntənəli açılış mərasimi keçirilib.
APA-nın xəbərinə görə, açılış
mərasimində Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban
Əliyeva və FİFA-nın prezidenti Yozef Blatter fəxri qonaq qismində
iştirak ediblər.
Açılış mərasimində "Cirque du Soleil" sirki xüsusi olaraq bu
mundial üçün hazırladığı proqramla çıxış edib. Daha sonra dünya
ulduzu Cennifer Lopez çıxış edib.
Çempionat Azərbaycan və Kolumbiyanın 17 yaşlı qadınlardan ibarət
milli komandalarının yaşıl meydana daxil olması ilə başlayıb.
Azərbaycan prezidenti İlham Əliyev və FİFA-nın prezidenti Yozef
Blatter komandaların oyunçularını, hakimləri təbrik edərək, onlara
uğurlar arzulayıblar.