Azərbaycanda leysan yağışları yağacaq, temperatur aşağı düşəcək

15 İyul 2015 14:40 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycan ərazisində iyulun ikinci ongünlüyünə olan hava proqnozunu açıqlayıb.

Nazirlikdən Movqe.az-a verilən məlumata görə, iyulun 16-sı gündüzdən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.

Havanın temperaturu tədricən 4-8 dərəcə aşağı enəcək.