“Apple” 707 milyon dollar istəyir

24 Sentyabr 2012 14:59 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, "Apple""Samsung" arasındakı patent mübarizəsin Cənubi Koreyanın elektronika nəhənginin ödədiyi bir milyard dollarlıq təzminata baxmayaraq dayanılmış deyil. "Apple" ən böyük rəqibindən ikinci dəfə təzminat qoparmaq üçün yenidən məhkəməyə getmək qərarına gəlib.

ABŞ-ın San Jose şəhərində avqustun sonunda qaldırılan patent iddiasında, federal məhkəmə Samsungun ağıllı telefon istehsalıyla əlaqəli yeddi patentdən altısını pozduğuna və "Apple"a bir milyard dollar təzminat ödəməsi lazım olduğuna qərarını qəbul etmişdi.

"Samsung" apelyasiya şikayəti verərək patent iddiasına yenidən baxılmasını istəyib. Amma onun bu iddiası təmin edilməyib. "Apple" isə bir milyard dollarlıq təzminatla kifayətlənməyərək "Samsung"dan daha 707 milyon dollar tələb etməyə hazırlaşır. Digər yandan hüquqçular yeni bir iddianın qaldırılması vəziyyətində "Samsung"un üç milyard dollar təzminat ödəmək məcburiyyətində qala biləcəyini açıqlayıb.

İDDİALAR DOĞRU ÇIXDI

Cənubi Koreya qəzeti "Kore Times" ötən həftə verdiyi xəbərdə "Applen yenidən məhkəməyə gedəcəyini və daha üç milyard dollar təzminat istəyəcəyini yazmışdı. "iPhone 5"in tanıdılmasının ardınca ortaya atılan iddia, ən son inkişafla təsdiqlənmiş olub.