Mübarək dövrünün təmizlənməsi
13 Aprel 2012 22:47 (UTC+04:00)
Misir parlamenti Hüsnü Mübarəkin dövründə rəhbərlikdə olan yüksək
vəzifəli rəsmiləri dövlət vəzifələrinə namizəd olmaqdan məhrum edən
bir qanun layihəsi təsdiqləyib.
Bu qərar, Mübarəkin 40 illik iqtidarında qıfıl parçası olmuş
insanların siyasətin xaricində qalacağını bildirir.
Bununla yanaşı, qanunun tətbiq edilməsi üçün hələ iqtidarda olan
hərbi şura qanunu təsdiqləməlidir.
Bunun isə olacağı gözlənilmir. Ədalət Nazirliyi mövzuyla əlaqədar
ilk şərhində qərarın konstitusiyaya zidd olduğunu bildirib.
Bu vəziyyət, məclis və hərbi şura arasında ziddiyyət yarada
bilər.
Bu təklifi ilin əvvəlində baş verən seçkilərdə məclisdə çoxluğu ələ
alan Müsəlman Qardaşlar Hərəkatı hazırlayıb.
Ziba Yusifova