Bakı ətrafındakı qəsəbə və kəndlərə sərnişin daşıyan bəzi
sərnişin avtobuslarında qiymətlər qaldırılıb. Publika.Az-ın
məlumatına görə, Nardarana gedən 189, Buzovnaya gedən 107, Bilgəhə
gedən 171 və 172, Şüvəlana gedən 100 saylı və.s marşrut
avtobuslarında gediş haqqı 35 qəpikdən 40 qəpiyə qaldırılıb. Eyni
vəziyyət Binə ticarət mərkəzinə sərnişin daşıyan 207 saylı marşrut
avtobuslarında da hökm sürür. Sürücülər qiymət artımını gündəlik
planın çox olması ilə əsaslandırırlar.
Qeyd edək ki, Tarif Şurası yuxarıda qeyd edilən istiqamətlərə
marşrut avtobusları ilə sərnişin daşımanın 1 nəfər üçün qiymətini
35 qəpik olaraq müəyyən edib. Qiymətin dəyişdirilməsi ilə bağlı
qərar qəbul olunmayıb. Buradan da məlum olur ki, sürücülər və iş
adamları qiyməti özbaşına olaraq artırırlar.