Prezident İlham Əliyevlə Donald Tusk arasında təkbətək görüş keçirilib

22 İyul 2015 14:30 (UTC+04:00)

İyulun 22-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun təkbətək görüşü keçirilib.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun birgə mətbuat konfransı olub.

Dövlət başçısı İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk əvvəlcə bəyanatlarla çıxış ediblər.

Sonra jurnalistlərin sualları cavablandırılıb.