Rusiya və AB arasında Qarabağ müzakirəsi
25 Sentyabr 2012 20:19 (UTC+04:00)
Bu gün Rusiya xarici işlər
nazirinin müavini Qriqoriy Karasin Avropa Birliyinin Cənubi Qafqaz
üzrə xüsusi təmsilçisi Filipp Leforu qəbul edib.
Lent.az-ın Rusiya
Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata
görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi də
daxil olmaqla, Cənubi Qafqazdakı vəziyyət müzakirə
olunub.