Nuridə Qurbanova BMT tərəfindən mükafatlandırıldı
22 İyul 2015 11:44 (UTC+04:00)
Mələk xanım və Azərbaycan Vanqası kimi tanınan məşhur öncəgörücü və
şəfaverici Nuridə Qurbanovanın Bakıda mükafatlandırma mərasimi
keçirilib. Movqe.az-ın məlumatına görə,
mükafatlandırma mərasimində rusiyalı qonaqlar – BMT-nin nümayəndəsi
Sergey Nabatov və "Komsomolskaya Pravda" nəşrinin Tibb şöbəsinin
müdiri Tatyana Yulmasova iştirak ediblər.
"INTERSAFETY" ("Beynəlxalq Təhlükəsizlik") Komitəsinin və Birləşmiş
Millətlər Təşkilatının Beynəlxalq Təltiflər İttifaqının (UNCOPA)
Təltiflər Şurasının qərarına əsasən Nuridə Qurbanova "Qızıl qartal"
ordeni ilə mükafatlandırılıb. Bu orden beynəlxalq təhlükəsizliyin
möhkəmləndirilməsi işində göstərilən xidmətlərə, eləcə də
narkomaniya, ekoloji cinayətlər və müasir qlobal təhlükələrə qarşı
mübarizədə verilən töhfəyə görə təqdim edilir. N. Qurbanova,
həmçinin sağlam həyat tərzinin qorunması, xalq təbabətinin inkişafı
və ictimai təhlükəsizliyin təmin edilməsi işində göstərdiyi
xidmətlərə görə "Sülh missiyasının səfiri" adı verilməklə "Cəmiyyət
qarşısında xidmətlərinə görə" qızıl medalı ilə
mükafatlandırılıb.
S. Nabatov və T. Yulmasova qeyd ediblər ki, N. Qurbanova Rusiyada
fəaliyyəti dövründə ictimai fəaliyyətdə və tibb sahəsində önəmli
uğurlar əldə edib, elm dünyası tərəfindən tanınıb və xilas edilmiş
insanların minnətdarlıqlarını qazanıb.
N.Qurbanova belə yüksək mükafatlara görə minnətdarlığını bildirib
və vurğulayıb ki, Rusiya və Ukraynada uzun müddət işlədikdən sonra
Vətənə qayıdıb və burada cəmiyyətin inkişafı, eləcə də insanların
sağlamlığı naminə məhsuldar fəaliyyətini davam etdirəcək.
Baş tutmuş mətbuat konfransında qeyd edilib ki, Bakıda Nuridə
Qurbanova Fenomeni Mərkəzi yaradılıb və böyük layihə reallaşdırılır
- sayt 4 dildə modernləşdirilir, jurnal və kitab buraxılır, N.
Qurbanova fenomeni haqqında bədii-sənədli filmin çəkilişləri
başlayır. Bundan başqa, Bakıda Nuridə Qurbanova Akademiyası da
açılacaq, Akademiyada ekstrasensorika üzrə tədris keçərək
sertifikat və diplom almaq mümkün olacaq. Azərbaycanda ilk dəfə
insanların qeyri-adi qabiliyyətləri haqqında "Xeyirxah İşıq"
kinofestivalı və Beynəlxalq Şəfavericilər və Öngörücülər Konfransı
keçiriləcək. Layihə çərçivəsində Nuridə Qurbanova Fenomeni
Mərkəzinin BƏƏ və Almaniyada nümayəndəlikləri açılacaq. Onun adı
yaxın vaxtlarda Ginnesin Rekordlar Kitabına salınacaq. Tədbir
iştirakçılarına N.Qurbanovanın Rusiyada fəaliyyəti haqqinda film
nümayiş olunub.
Nuridə Qurbanova jurnalistləri Milli mətbuatın 140 illik yubileyi
münasibət ilə təbrik edib və bir çox sualları cavablandırıb.
Xatırladaq ki, N.Qurbanova Azərbaycanın Qarabağ torpağında, Şuşa
şəhərində anadan olub. O, bioenerqoinformatika elementləri ilə
ənənəvi sagaltma sistemləri üzrə mütəxəssisdir, insanın fikirlərini
onun nəbzi əsasında oxuya bilir, diaqnostika və müalicədə öncəgörmə
və kosmobioenergetikadan istifadə edir, ağır cinayətlərin törədilmə
yerlərini görmə qabiliyyətinə malikdir. Cadunu, gözdəyməni götürür.
Şəxsi həyat və biznes barədə proqnoz verir. İnsanları
alkoqolizmdən, narkomaniyadan və digər ağır xəstəliklərdən xilas
edir.
N.Qurbanovada şəfavericilik və gələcəyi görmə qabiliyyəti onu 10
yaşında ildırım vurduqdan sonra yaranıb. Şəfavericinin fenomenal
qabiliyyətləti "ENİOM" Ümumrusiya Ənənəvi Xalq Təbabəti
Elmi-Tədqiqat Mərkəzi tərəfindən təsdiq edilib.
Məhsuldar fəaliyyəti sayəsində elm dünyasında tanınıb və bir sıra
yüksək mükafatlara layiq görülüb. Belə ki, Moskva şəfavericiləri
reyestrinə daxil edilən Nuridə Qurbanova "Rusiyada XX əsrin son
onilliyinin ən yaxşı şəfavericisi" müsabiqəsinin laureatı, Rusiya
filosofiya elmləri doktoru, enerji informasiya elmləri namizədi,
komplementar tibb sahəsinin ən yüksək mükafatı olan "Magistr
Ulduzu" ali mükafatının sahibi, M.Nostradamus adına Proskopik
Elmlər Akademiyasının (NPEA) "Elmin və təcrübənin metri" adının
sahibi, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar
İttifaqının "İlin ekstrasensi", "Fəxri ekstrasens" mükafatlarının
qalibi, beynəlxalq təşkilatların çoxsaylı mükafat, diplom və
sertifikatlarının sahibidir.





