WhatsApp istifadəçilərinə gözəl xəbər

23 İyul 2015 18:50 (UTC+04:00)

WhatsApp səsli axtarış xüsusiyyətinin çox məlumat istehlak etməsinə necə maneə törədilər?



Movqe.az xəbər verir ki, WhatsApp Android platformasında aylar əvvəl səsli görüşmə xüsusiyyətini aktiv etdiyindən bu yana bir çox istifadəçi tətbiqin çox məlumat istehlak etdiyi istiqamətində şikayətlər edib. Şirkət bu şikayətlərdən yola çıxaraq WhatsApp üzərində ilk baxışda fərq edilməyəcək olsa da əhəmiyyətli bir dəyişikliyə gedib.

Əgər dostlarınızla WhatsAppda internet üzərindən səsli danışıqlar etdikdə internet limitinizdəki ani enişdən şikayətçisinizsə sizə yaxşı bir xəbərimiz var. WhatsAppın səsli çağırışı, gözəl bir xüsusiyyət olmasına baxmayaraq təəssüf ki, zaman- zaman sizi çətin vəziyyətdə buraxa bilir. Bu vəziyyətin fərqində olan WhatsApp səsli görüşmə əsnasında çox məlumat istehlak etmənizi maneə törədən "aşağı data istifadəsi" xüsusiyyətini tətbiqə əlavə edib. Ən son 2.12.183 versiyası ilə gələn bu xüsusiyyət aktiv edildiyində səsli görüşmə əsnasında məlumatların istifadənizi minimum səviyyədə tutmağı təmin edir. Bu xüsusiyyətin səs keyfiyyətini aşağı saldığı söylənsədə etdiyim bir neçə görüşdə sözü edilən aşağı səs keyfiyyəti probleminə rast gəlmədim. Təbii məndə olmaması sizlərdə də olmayacağı mənasını vermir.


Əgər bu xüsusiyyəti aktiv etmək istəyirsinizsə WhatsAppın 2.12.183 versiyasını yüklədikdən sonra Parametrlər / Sohbet ayarları hissəsinə girərək altdakı Call Setting hissəsindən " Low data usage " xüsusiyyətini aktiv etməniz lazımdır.