Azərbaycan, Türkiyə və Gürcüstan beyin mərkəzlərinin toplantısı keçiriləcək

26 Sentyabr 2012 12:52 (UTC+04:00)

Noyabrın sonlarında Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan beyin mərkəzlərinin toplantısının keçirilməsi planlaşdırılır.

APA-nın məlumatına görə, bu barədə Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov məlumat verib.

F. Məmmədovun sözlərinə görə, gələn ilin əvvəllərində isə Türkiyə XİN-in təşəbbüsü ilə Qara dəniz regionu ölkələrin beyin mərkəzlərinin toplantısı keçirilməsi nəzərdə tutulur: "Regionda böyük layihələr reallaşdırılır. Bizim əməkdaşlığımız konstruktivdir və bundan bütün dünya bəhrələnə bilər".