İzzət həmkarları haqda: "200 minlik maşın sürür..."

24 İyul 2015 23:00 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, sənətçi "Görüş yeri" verilişində tədbiri ilə bağlı bunları deyib:


"Konsertdəki biletə münasib qiymət qoymuşam ki, insanları incitməyim. Bir ailədə beş insan gəlir, hamısının gücü çatmalıdır. Mən heç vaxt konsertlərimdə ziyana düşməmişəm. Hər zaman ansambldakı musiqiçilərin, dekorasiyanın pulunu satılan biletlərlə ödəmişəm. Avqustun 18-dən sentyabrın 18-nə kimi məşqlərə başlayacağıq. Musiqiçilərin yemək, yol pulu hamısını mən ödəyirəm. Səhnə dekorasiyası isə möhtəşəmdir. Azərbaycanda heç bir müğənni elə səhnədə çıxış etməyib. Hollivud ulduzlarının o cür səhnəsi olub".


İ.Bağırzadə konsert üçün ondan bilet istəyən həmkarlarından da şikayətlənib:


"Cəmi 50 bilet götürmüşəm. Onu da ancaq media nümayəndələrinə verəcəm. Konsertə gəlmək istəyən həmkarlarım gedib bilet alsınlar. Elə müğənni var ki, 200 minlik maşın sürür, məndən pulsuz dəvətnamə istəyir".


Qeyd edək ki, İ.Bağırovun konserti "Yaşıl Teatr"da baş tutacaq. Konsertə biletlərin qiyməti 10 manatdan 50 manata kimidir. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz. Əlaqə: (051) 783 12 12.