Türkiyədə PKK-dan növbəti silahlı basqın

25 İyul 2015 14:10 (UTC+04:00)

Movqe.az-ın haberturk.com saytına istinadən məlumatına görə, hadisə Şırnakın Silop vilayətində baş verib. Belə ki, terrorçular kömür mədəninə basqın edərək 6 iş dəzgahını yandırdıqdan sonra işçiləri qaçırıb. Hadisədən sonra Türkiyə güc strukturları irimiqyaslı əməliyyata başlayıb.