Madonna, Obamanı müsəlman etdi - FOTO - VIDEO

26 Sentyabr 2012 18:59 (UTC+04:00)

Movqe.az xəbər verir ki, məşhur pop ulduzu Madonna, pərəstişkarlarından ABŞ lideri Barak Obamaya səs istəyərkən, ""Ağ Evdə"ki qara mənşəli Müsəlman üçün səs verin" deyib.

Konsertin irəliləyən saatlarında mahnılarına ara verən Madonna, mikrofonu əlinə alaraq "Ağ Evdə qara qaradərili Müsəlman bir liderimiz var. Özü cinsi azlıqların haqqları üçün də mübarizə aparır. Bu möhtəşəm bir şey deyilmi? Bu ölkədə hələ ümid var deməkdir" deyərək pərəstişkarlarını Obamaya səs vermə çağırıb.


"OBAMA QAZANSA HAMISINI ÇIXARACAĞAM"

Madonna daha sonra köynəyini çıxararaq, kürəyindəki "OBAMA" yazısını pərəstişkarlarına göstərib. Pərəstişkarlarına səslənən Madonna, "Obama bir dəfə də seçilsə, üstümdəkiləri tamamilə çıxaracağam" deyərək də zarafat edib.


"MÜSƏLMAN OLSA NƏ FƏRQ EDƏR"

Madonnanın bu sözləri bir tamaşaçı tərəfindən "YouTube"a yüklənib. Videonun internetdə yayılmasıyla Madonna, səhnədə Obamanın diniylə əlaqədar zarafat etdiyini, ABŞ prezidentinin müsəlman olmadığını bildiyini və müsəlman olsa belə bu vəziyyətin bir şeyi dəyişdirməyəcəyini söylədi.

54 yaşlı müğənni MDNA turnesi boyunca səhnədəki siyasi şoularıyla şou xəbər başlıqlarında tez-tez iştirak edir.