Maykl Ceksonun atası xəstəxanaya yerləşdirilib

27 İyul 2015 19:40 (UTC+04:00)

Məşhur pop ulduzu Maykl Ceksonun atası Co Cekson insult keçirib.

Movqe.az xəbər verir ki, bu barədə məlumatı Braziliya mətbuatı yayıb.

Braziliyanın San-Paulo şəhərindəki xəstəxanalardan birinə yerləşdirilən 87 yaşlı Co Ceksonun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, Maykl Ceksonun atası Co Cekson Braziliyada yaşayır və iyunun 26-da onun 87 yaşı tamam olub.