Tatlısəs hərkəsin içində həyat yoldaşını təhqir etdi!

27 Sentyabr 2012 16:53 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, məşhur türküçü İbrahim Tatlısəsin assistenti Emre Ergen ilə Özləm İlkay nigah bağlayıblar.

Nigahdan sonra olduqca gərgin olan İbrahim Tatlısəs həyat yoldaşı Ayşegül Yıldızın yanına gələrək səbəbsiz həyat yoldaşına qışqırması və onu təhqir etməsinin  salonda əks – səda verməsi ilə bütün gözlər bir anda Tatlısəsin olduğu masaya yönəlib.

İbrahim Tatlısəs ilə Atlasjet İdarə Heyətinin sədri Murat Ersoy cütlüyün nigah şahidi olduğu vaxt bu hadisə baş verib. Məşhur türküçü nigaha hamilə olduğu danışılan həyat yoldaşı Ayşegül Yıldız ilə qatılıb. "Milliyet" qəzetinin verdiyi xəbərə görə, nigah bağlanan salona gedərkən Tatlısəs olduqca gərgin olub, qəzet müxbirlərinin öncəki gün vəfat etmiş xalq ozanı Neşet Ertaşı soruşması ilə "Mənim acım mənə yetər. Sual verməyin" deyib.

Nigah bağlanacağı gün Tatlısəsin assistenti Emre Ergenin mənəvi oğlu olduğunu söylədi və meneceri Eyüp Kanata dönərək "Eyüp növbə səndədir. Mənim yanımda evlənməyən adam qalmayacaq yoxsa yanımda saxlamaram. İlk olaraq məni evləndirdiz. İndi sıra ilə yanımdakı hər kəs evlənəcək. Yoxsa mən də sizi övladlıqdan rədd edərəm" deyib. Tatlısəs gəlin Özləm İlkaydan bəhs edərkən isə, "Biz konsertlərə Atlasjet ilə gedirik. Emre də təyyarədə Özləmi bəyənib. "Bir gün yanıma gəldi və qardaş mən evlənəcəyim qızı tapdım" dedi. Özləmi yanıma gətirdiyində isə bir baxdım mənim qızımın adı kimi mələk" deyib. Tatlısəs evliliklərin müqəddəs olduğunu deyərək göz yaşlarını saxlaya bilməyib.