TQDK bu gün hərbi liseylərə qəbul imtahanı keçirir

30 İyul 2015 12:30 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına qəbul imtahanı keçirir. TQDK-nın mətbuat xidmətindən movqe.az-a verilən xəbərə görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunacaq və saat 11-də başlanıb 2 saat davam edəcək. Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədi və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.