Səməd Səmədovdan yenilik

1 Avqust 2015 00:30 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, müğənni sözləri Telli Pənahqızına, musiqisi Elşən Nicata məxsus "Xəbərin olmaz" adlı mahnı ifa edib: 


"İstirahət mövsümü olsa da, dincəlməyə az vaxt ayırdım. Bütün diqqətimi yaradıcılıq işlərimə yönəltmişəm. Müğənninin əsas işi mahnı oxumaqdır. Biz müğənniləri xalqa sevdirən mahnılarımızdır. Demək olar ki, hər il bir hit mahnıya imza atıram. Məni də ruhlandıran budur. Hazırda studiya işləri gedir. Yaxın günlərdə dinləyicilərin ixtiyarına verəcəm".


S.Səmədov yeni layihə hazırladığını və bunun onun yaradıcılığında bir ilk olacağını vurğulayıb.