DİN Tacir Şahmalıoğlunun qardaşının dənizdə batması faktı ilə bağlı məlumat yayıb

1 Avqust 2015 15:30 (UTC+04:00)

Daxili İşlər Nazirliyi müğənni Tacir Şahmalıoğlunun qardaşının dənizdə batması faktı ilə bağlı məlumat yayıb. Movqe.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 31-də Sumqayıt şəhəri ərazisindəki dəniz çimərliyində Bakı şəhər sakini Mahir Allahverdiyev dənizdə skuter sürərkən yıxılaraq boğulub.

Hazırda meyitin sudan çıxarılması üçün tədbirlər görülür.