Almaniya: “Türkiyənin o günlərə qayıtmasını istəmirik”

1 Avqust 2015 23:00 (UTC+04:00)

Movqe.az Axar.az-a istinadən xəbər verir ki, "Bild" qəzetinə danışan Ştaynmayer Ankaranın qanlı günlərinə qayıtmasını istəmədiyini bildirib:


"Heç kim Türkiyənin o günlərə qayıtmasını istəmir. Həm kürdlər, həm də Ankara hökuməti bunu istəmir. PKK ordu qüvvələrinə hücum edərsə, cavab vermək lazımdır. Lakin bu, illərlə davam etməməlidir".


Berlinin birinci diplomatı həll variant kimi, bir kürd partiyasının parlamentə buraxılmasını təklif edib. Bundan başqa Ştaynmayer NATO-nun bu mərhələdə hərəkətə keçməyinin də mümkün olmadığını deyib:


"Yaxın Şərqdə ən son atılacaq addım hərbi birliklərin qarşı-qarşıya gəlməsidir. Sərhəd bölgəsində yaşananlara baxmayaraq bu mövzuda NATO-nun hərəkətə keçməsi qeyri-mümkündür".