Həftənin ilk iş günü Bakıda 42 dərəcəyədək isti olacaq

2 Avqust 2015 15:30 (UTC+04:00)

Azərbaycanda müşahidə olunan isti hava şəraiti davam edəcək. Bəzi yerlərdə 42 dərəcə isti olacağı gözlənilir.

Avqustun 3-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 24-27 dərəcə, gündüz 35-39 dərəcə, bəzi yerlərdə isə 42 dərəcə isti olacağı gözlənilir.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29 dərəcə, Türkan, Hövsan, Şıx və Sahildə 29-30 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-27, gündüz 30-40, bəzi yerlərdə 43, dağlarda gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.