Rusiyalı futbolçu "Liverpool"un hədəfində

2 Avqust 2015 23:00 (UTC+04:00)

"Real"ın gənc futbolçusu Denis Çerışev bir sıra klubların diqqət mərkəzinə düşüb. Onunla "Liverpool" daha ciddi maraqlanır. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, "qırmızılar" 24 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 20 milyon avro təklif etməyə hazırlaşır. Premyer Liqa klubu Çerışevin vasitəsilə bu yay komandadan gedən Rahim Sterlinqin boşluğunu doldurmaq istəyir.

Qeyd edək ki, Çerışev ötən mövsüm icarə əsasında "Villareal"da çıxış etmişdi. Burada 40 oyun keçirən futbolçu 7 qol vurmuşdu.