Aytən Səfərovanın ATV-yə keçməsi xəbəri yayılıb

3 Avqust 2015 00:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bu barədə məlumatı publika.az yayıb. Həmin informasiyaya görə, ANS rəhbərliyi ilə anlaşa bilməyən teleaparıcı yeni mövsümdə işə ATV-də başlayacaq.

ANS-dən ayrılan məşhur jurnalistlərə qucaq açan ATV növbəti mövsümdən Aytən Səfərovanı da transfer etmək istəyir.

Xatırladaq ki, indiyədək ANS-dən Turan İbrahimov, İradə İsaq, Mətanət Əliverdiyeva, Orxan Fikrətoğlu, İlqar Mikayıloğlu, Zülfiyyə Bayramova ATV telekanalına keçib.

Saytın sözügedən telekanaldakı mənbəyinin bildirdiyinə görə, ATV hazırda Aytən Səfərova ilə yanaşı dindarların qəzəbinə gələn Elnarə Təhməzova ilə də danışıqlar aparır.