Sağlam saçların sirri

3 Avqust 2015 12:20 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Hollivud gözəllərinə nəzər saldıqda qeyri-iradi olaraq təbiətin onlara gözəl və sağlam saçlar bəxş etdiyini düşünürük. Lakin bu fikir heç də hər zaman doğru olmur.

Sağlam və gözəl saçlara sahib olmaq üçün onlara professional kosmetik vasitələrlə düzgün qulluq etmək vacibdir. Əgər saçlarınız güc və parıltısını itiribsə, saç tökülməsi, yağlı baş dərisi və kəpək kimi problemlərdən əziyyət çəkirsinizsə, onda Biologique Recherche fransız laboratoriyasının saçlara qulluq proqramından faydalana bilərsiniz.

Sağlam saçların sirri

Laboratoriyanın saç üçün nəzərdə tutulmuş innovasiyalı kosmetik vasitələri və prosedurları arzu olunan nəticəyə tez və effektiv nail olmağa kömək edir. Məsələn, Shampooing Traitant Dermo-Apaisant şampunu bütün saç növləri üçün nəzərdə tutulub və 4 əsas xüsusiyyətə malikdir: baş dərisini sakitləşdirir, balanslaşdırır və müdafiə edir. Bununla yanaşı, şampun baş dərisinin həssas hissəsinin fizioloji balansını pozmadan qıcıqlanma və qaşınmanı aradan qaldırır. Shampooing Traitant Dermo-Apaisant şampunu yay üçün ən ideal variantdır.