“Taxt-tac oyunu” 2018-ci ildə yekunlaşacaq

3 Avqust 2015 12:50 (UTC+04:00)

Movqe.az xəbər verir ki, "Taxt-tac oyunu" serialının prodüserləri layihənin nə vaxt yekunlaşacağını açıqlayıblar. Məlumata görə, serial 8 mövsümdən ibarət olacaq və 2018-ci ildə bitəcək. Filmin prodüserləri Devid Benioff və Den Vaysın bu qərarı barədə mətbuata HBO kinostudiyasının top-meneceri Maykl Lombardo məlumat verib.


Qeyd edək ki, serialın ilk mövsümü 2011-ci ildə start götürüb, 5-ci mövsüm isə 2015-ci ilin aprelində başlayıb. İndi 6-cı mövsüm üzərində iş gedir.