Tacirin suda batan qardaşı bu gün dəfn olunacaq

3 Avqust 2015 13:00 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, 36 yaşlı Mahir Allahverdiyevin dəfn mərasimi bu gün baş tutacaq. 


Mərhumun nəşi saat 11:00-da Yeni Yasamaldakı evindən götürüləcək. 


Xatırladaq ki, iyulun 31-i Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir.