Nazir vətəndaşları qəbul edəcək

3 Avqust 2015 12:42 (UTC+04:00)

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Qazaxda vətəndaşları qəbul edəcək.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, 6 avqust saat 10.00-da Qazax şəhərində yerləşən Qazax Olimpiya Kompleksində keçiriləcək qəbulda Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonlarında yaşayan vətəndaşlar iştirak edə biləcək.

 

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt"i, Qazax şəhəri 2 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları  xahiş olunur.