"BakuBus" avtobusları hansı xətlərə buraxılacaq?-AÇIQLAMA

3 Avqust 2015 13:35 (UTC+04:00)
"1 Avropa Oyunları zamanı ekspress marşrutlarda xidmət göstərən "BakuBus" avtobusları paytaxtda yalnız şəhərdaxili sərnişindaşımada istifadə olunacaq. Hələki, "BakuBus" avtobuslarının hansı xətlərdə istismar olunması barədə konkret qərar verilməsə də, həmin avtobusların şəhərin mərkəzində marşurutlara buraxılacağı nəzərdə tutulur.". Bu barədə Movqe.az-a "Bakısərnişinnəqliyyatı" MMC-nin Nəzarət Xidmətin rəhbəri Vüqar İbrahimli məlumat verib. gələn aydan bu barədə verilən qərar məlum olacaq. Qeyd edək ki, "Bakubus" MMC-nin avtoparkı Fransanın istehsalı olan 151 "İveco Crealis" və 151 "İveco Urbanway" markalı avtobuslarla təchiz olunub. "BakuBus" MMC-nin direktorunun müavini Vüsal Kərimli mətbuata açıqlamasında bildirib ki, MMC-də 1 000-ə yaxın iş yerinin açılması nəzərdə tutulur. Açılacaq iş yerlərinin 750-i sürücülər üçün nəzərdə tutulur. Sürücülərin orta aylıq əmək haqqı 600-700 manat olacaq.