Dərinin günəşdən yanması və müalicəsi

3 Avqust 2015 14:50 (UTC+04:00)

Movqe.az dərinin günəşdən yanması və müalicəsi haqqında məlumat təqdim edir.


Günəş yanması: günəşdən gələn ultrabənövşəyi şüaların dəriyə təsiri nəticəsində əmələ gəlir. Günəş yanması dərəcəsi dəri növünə və ultrabənövşəyi şüalara nə qədər məruz qaldığı müddətə bağlıdır. 


Simptomları: qızartı (eritema), ağrı, dərinin normadan isti olması, sərtləşməsi və gərgin olması.Bir neçə gündən sonra dəridə qabıqlanma və soyulma başlayır.


Müalicəsi: soyuq duş qəbul etmək, çoxlu maye içmək, nəmləndirici losyonlar çəkmək, günəş kremləri, Aloe-vera tərkibli nəmləndiricilər və ağrı varsa ağrıkəsici dərmanlar içmək.