Azərbaycan - Xorvatiya matçının biletləri satışa çıxarılıb

3 Avqust 2015 16:30 (UTC+04:00)

Azərbaycan və Xorvatiyanın futbol üzrə milli komandaları arasında sentyabrın 3-də keçiriləcək AVRO-2016-nın seçmə qrup matçının biletləri satışa çıxarılıb. Movqe.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, biletləri "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən "Bakcell" Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.

Eyni zamanda, onlayn-satışa da start verilib. Biletlərin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 manatadır.

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 21:00-da başlanacaq.