"Fenerbahçe"nin stadionunun adı dəyişdi

3 Avqust 2015 19:40 (UTC+04:00)

"Fenerbahçe" klubu "Şükrü Saracoğlu" stadionunun isim haqqı ətrafında "Ülker" şirkəti ilə danışıqları yekunlaşdırıb. Movqe.az-ın Goal.az saytına məlumatına görə "sarı lacivərdlilər"in ev oyunlarını keçirəcəyi arena artıq "Şükrü Saracoğlu Ülker" adlanacaq. Müqaviləyə əsasən qarşı tərəf "Fenerbahçe"nin hesabına 90 TL köçürəcək. Bununla yanaşı, müqavilənin digər detalları mətbuata açıqlanmayıb.

Qeyd edək ki, "Ülker" şirkəti 2006-cı ildən "Fenerbahçe"nin basketbol komandasına da sponsorluq edirdi. Tərəflər arasındakı əməkdaşlıq avqustun 1-də başa çatmışdı.